MƏDƏNİYYƏT
Eros Ramazotti Moskvada konsert proqramı ilə çıxış edəcək
Bakı, 14 avqust, AZƏRTAC
İtaliyanın məşhur müğənnisi Eros Ramazotti Avropa turu çərçivəsində bu ilin oktyabr ayında Moskvada konsert proqramı ilə çıxış edəcək.
AZƏRTAC TASS agentliyinə istinadən xəbər verir ki, müğənninin Sankt-Peterburqda da çıxışı gözlənilir.
Qeyd edək ki, Ramazottinin Rusiyada 2016-cı ildəki son konserti iki ölkə arasında danışıqların pozulması nəticəsində ləğv olunmuşdu. Bundan sonra turu təşkil edən prodüser kompaniyası Rusiya tərəfini ittiham etmişdi.
Eros Ramazotti İtaliyanın müasir müğənnilərindən biridir. Albomlarının çox hissəsi italyan və ispan dillərində yazılıb. O, Andrea Boçelli, Adriano Çelentano, Luçano Pavarotti, Riki Martin kimi məşhurlarla duet oxuyub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]