CƏMİYYƏT


Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbirləri davam etdirilir

Bakı, 19 avqust, AZƏRTAC

Narkotik vasitələrin qanunsuz dövriyyəsi, həmçinin kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkarlanması istiqamətində daxili işlər orqanları tərəfindən uğurlu əməliyyat tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Nizami (Gəncə) Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş C.Mərdanovdan 480 qram marixuana götürülüb.

Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Sığırlı kənd sakini S.Davudova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 7 ədəd çətənə kolu aşkarlanıb.

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən isə Şağlaküçə kəndi ərazisində kənd sakinləri E.Bağırov və H.Tağıyevin kultivasiya yolu ilə yetişdirdikləri 14 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Faktlarla bağlı araşdırmalar aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.