DÜNYA


Macarıstanın parça kəsmiyi Avropa Komissiyasının himayəsi altındadır

Budapeşt, 23 avqust, AZƏRTAC

Avropa Komissiyası bu günlərdə ənənəvi macar məhsulunu – parça kəsmiyi bir növ himayəyə götürmək qərarına gəlib. Bu məqsədlə süd istehsalı üzrə “Hungate” həmkarlar ittifaqı təşkilatı və Macarıstan Süd Məhsulları Şurası tərəfindən məruzə hazırlanıb.

AZƏRTAC xəbər verir ki, Avropa İttifaqı yalnız tərkibində ənənəvi inqrediyentlər olan, yaxud nəsildən-nəslə ötürülən ənənəvi istehsal prosesinə malik məhsullar barəsində belə tədbirlər görür. Macar parça kəsmiyinin xoş turşməzə, eyni zamanda tər şirəli dadı var. Gözəl ətirlidir, gül kələmini xatırladan yumşaq topacıqlar şəklindədir. Porsiyalara ayrılma və qablaşdırma prosesi boyu bu topacıqlar pozulmur. Bir neçə ənənəvi yemək var ki, onların hazırlanması üçün məhz bu cür parça kəsmik lazımdır. Parça kəsmik Macarıstan qastronomiyasının əsas inqrediyentidir. Macarlar belə kəsmikdən salatların, habelə müxtəlif desertlərin, o cümlədən kəsmikli blinlərin, piroqların, ştrudellərin, pastaların, poqaççaların hazırlanmasında istifadə edirlər. Bu cür yeməklər dadlı və çeşidli olmaqla bərabər, həm də çox faydalıdır.

“Turizmus Online” saytında yerləşdirilən məlumatda deyilir ki, “Hungate” həmkarlar ittifaqı təşkilatı və Macarıstan Süd Məhsulları Şurası Avropa Komissiyası ilə əməkdaşlığa və qarşıya qoyulan məqsədin əldə edilməsinə görə ölkənin kənd təsərrüfatı nazirinə və bu idarənin ekspertlərinə təşəkkür ediblər.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.