CƏMİYYƏT


Göyçayda polis əməkdaşları aztəminatlı ailələrin övladlarına məktəb ləvazimatları hədiyyə ediblər

Bakı, 12 sentyabr, AZƏRTAC 

Yeni dərs ilinin başlanması ilə əlaqədar Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları rayonda yaşayan aztəminatlı ailələrdən bir neçəsinin evinə baş çəkiblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşları həmin ailələrin məktəbə gedən övladlarını təbrik edib, azyaşlılara geyim, çanta, gündəlik dərs ləvazimatları hədiyyə edib, onların vətənə layiqli, sədaqətli övlad kimi böyümələrini arzulayıblar.

Bu nəcib təşəbbüs uşaqlar tərəfindən də böyük sevinclə qarşılanıb, onlar dərs ilini əla qiymətlərlə başa vuracaqlarına söz veriblər.

Valideynlər isə göstərdikləri diqqət və qayğıya, köməyə görə Göyçay Rayon Polis Şöbəsinin rəhbərliyinə və əməkdaşlarına minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.