Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Nuru paşa - Azərbaycan xalqının qəlbini fəth edən müzəffər komandan

Bakı, 15 sentyabr, AZƏRTAC

101 il öncə bu gün - sentyabrın 15-də Bakı işğaldan qurtuldu. 1918-ci il sentyabrın 15-də Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu yenicə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin milli ordu hissələri ilə birlikdə Bakıya daxil oldu, minlərlə şəhidin qanı bahasına şəhəri erməni-bolşevik işğalçılarından azad etdi, Azərbaycanımızın paytaxta çevirilməsində misilsiz tarixi rol oynadı.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun Facebook sosial şəbəkəsində paylaşdığı statusda yer alıb.

Əli Həsənov yazır: “O dövrdə milli müstəqilliyimiz yenicə elan olunmuşdu. Dövlət institutları hələ formalaşmağa macal tapmamış məmləkətimiz və onun sərvətləri uğrunda gedən geopolitik savaşda, qanlı maraqlar toqquşmasında Bakısız qalmış Azərbaycan, Xalq Cümhuriyyətinin qurucuları tərəfindən haqlı olaraq başsız bədənə bənzədilirdi. Azərbaycan fiziki bütövlüyünə - öz başına qan və inanc qardaşları ilə çiyin-çiyinə verərək, Bakıdakı özbaşınalıqlara, hərc-mərcliyə, talan və repressiyalara son qoyaraq qovuşdu. Baş şəhər də daxil olmaqla, ölkəmizin dörd bir yanı zəfər təntənəsinə büründü. Nuru paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Bakıya daxil olması müqəddəs Qurban bayramı günlərinə təsadüf edirdi. Bu səbəbdən də təkcə Bakıda və bölgələrimizdə deyil, qalibiyyətin sorağını alan bütün türk-islam dünyasında bayram-bayrama qarışmışdı. Bakıda türk ordusunun adına qurbanlar kəsilmiş, şəninə ziyafətlər verilmiş, məşhur milyonçu, öz xeyriyyəçiliyi ilə xalqımızın yaddaşına əbədi həkk olunmuş Hacı Zeynalabdin Tağıyev indiki Dövlət Filarmoniyasının binasında təmtəraqlı süfrə açaraq Nuru paşanı əhali adından salamlamış, ona yüksək ehtiram göstərmişdi.

Nuru paşanın xatirəsi, Qafqaz İslam Ordusunun rəşadəti ötən əsrin sonlarında öz müstəqilliyini yenidən qazanmış Azərbaycanda həm cəmiyyət, həm də dövlət səviyyəsində xüsusi ehtiramla yad edilir. Bu ehtiramın ən bariz təcəssümü Şəhidlər xiyabanında Qafqaz İslam Ordusuna ucaldılan abidədir. Bu abidə böyük Heydər Əliyevin “bir millət, iki dövlət” fəlsəfəsinin həm yaxın tariximizdəki əsaslarını, həm də gələcək hədəflərinin gerçəkləşməsi baxımından son dərəcə ciddi əhəmiyyət daşıyan fədakarlıq tələbini simvolizə edən bir əsərdir. Bu abidənin layihəsi 1918-ci ildə hazırlanmış, ADR parlamentinin 15 sentyabr 1919-cu ildə Bakının azad olunmasının 1 ili münasibətilə keçirilən xüsusi iclasından sonra hökumət üzvləri, millət vəkilləri Çəmbərəkənd qəbiristanlığına gedərək türk əsgərinin heykəlinin qoyulması üçün özül inşa etmişdilər. Lakin 28 aprel ilhaqı bu abidənin ucaldılmasına imkan vermədi. Müstəqilliyin bərpasından sonra Azərbaycan və Türkiyə hökumətlərinin razılaşmasına əsasən həmin layihə davam etdirildi. Abidənin yeni təməli 1999-cu ildə qoyuldu, bir il sonra isə Azərbaycan Prezidenti Heydər Əliyevin və Türkiyə Prezidenti Süleyman Dəmirəlin iştirakı ilə açılış mərasimi keçirildi. Bildiyiniz kimi, ötən il Qafqaz İslam Ordusunun Bakını azad etməsinin 100 illiyi ilə bağlı bir çox rəsmi, elmi və mədəni tədbirlər təşkil olundu. Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın iştirak və qəbul etdikləri əzəmətli hərbi paradda xalqlarımız və dövlətlərimiz arasındakı bağların qırılmazlığı, zamanın qardaşlıq duyğularımızı daha da gücləndirdiyi, torpaqlarımızın işğaldan azad edilməsi üçün yenə də birgə iradə ortaya qoymağımız bütün dünyaya nümayiş olundu.

Bəli, 1918-ci ilin sentyabr ayının 15-də Bakının azad edilməsi ilə kulminasiya nöqtəsinə çatan Osmanlı ordusunun Qafqaz hərəkatı dünən də, bu gün də, gələcək üçün də tayı-bərabəri olmayan tarixi örnəkdir. Onunla örnəkdir ki, Qafqaz İslam Ordusu qurularkən məqsəd nə Osmanlı dövlətinin torpaqlarını müdafiə etmək, nə də yeni ərazilər zəbt etmək olmuşdu. Bu, sözün əsl mənasında, qardaşın-qardaşa haraya gəlməsi, heç bir maddi və siyasi mənfəət güdmədən onu zamanın qəddar sərvət ovçularının, uşaqlara, qadınlara, qocalara rəhmi gəlməyən amansız qatillərin caynağından xilas etmək məramı idi. Buna rəğmən, hərəkatın uğurla başa çatacağı və davamlı olacağı halda, həm qocaman, həm də gənc qardaş elə əlverişli mövqe sahibinə çevriləcəkdi ki, XX əsrin tarixi də, coğrafiyası da yaşadığımızdan tamam fərqli şəkil alacaqdı.

Qafqaz İslam Ordusu Birinci Dünya müharibəsinin sonlarına doğru qurulmuşdu. Ordunun qurulması prosesinin başlanğıcında 12 maddəlik bir təlimatnamə tərtib edilmiş, birliyə komandan təyin olunan Nuru paşa Killigilə bu sənəd üzrə Osmanlı dövlətinin Qafqazdakı baş təmsilçisi vəzifəsi həvalə olunmuşdu. Osmanlı hakimiyyətinin son dərəcə konspirativ, hətta öz müttəfiqlərindən də gizli şəkildə yaratdığı bu hərbi birləşməyə “islam” adının verilməsi tərkibinin tamamilə müsəlmanlardan ibarət olması ilə bağlı idi. Sıravi əsgərlərindən tutmuş əsas komandirlərinə qədər bütün şəxsi heyətində bircə nəfər də olsun qeyri-müsəlman olmayan ordunun tək vəzifəsi vardı - Qafqaz müsəlmanlarına, Azərbaycan türklərinə hərbi yardım göstərmək, xalqımızın və torpaqlarımızın üzləşdiyi təcavüzləri dəf etmək!

Nuru paşanın başçılıq etdiyi ordu mayın 16-da Naxçıvana, 25-də isə Gəncəyə daxil oldu. Üç gün sonra Tiflisdə Azərbaycanın İstiqlal Bəyannaməsi qəbul edildi və İslam aləmindəki ilk demokratik respublikanın paytaxtı Gəncə oldu. ADR hökumətinin üzləşdiyi çox sayda dərin problemlər vardı. İlk növbədə, ölkənin ərazi bütövlüyünün təmin olunması labüd idi. Bunun üçün formatını tez-tez dəyişən, mahiyyət olaraq isə erməni daşnak zehniyyətinə xidmət edən inqilabçı dəstələrin hökmranlığına son qoymaq lazım idi. Bu zərurətə əsaslanaraq 4 iyun 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti ilə Osmanlı dövləti arasında Batum anlaşması imzalanmışdı. Müqavilənin dördüncü maddəsində nəzərdə tutulurdu ki, Azərbaycan Xalq Cümhuriyyətinin istəyi ilə daxili asayişin təmin olunması üçün Osmanlı hökuməti ölkəmizə hərbi yardım göstərməyi öz üzərinə götürür. Bu sənəd Qafqaz İslam Ordusunun Bakıya yürüşü üçün hüquqi əsas oldu. Qafqaz İslam Ordusu Azərbaycan Xalq Cümhuriyyətinin əsgərləri ilə birlikdə Nuru paşanın başçılığı altında Göyçayda, Salyanda və digər ərazilərimizdə qarşısına çıxan düşmən qüvvələri darmadağın edərək qısa müddətdə Bakıya yaxınlaşdı, 1918-ci ilin avqustun 1-dən etibarən burada hakimiyyəti ələ keçirmiş daşnak və menşeviklər tərəfindən qurulan Sentrokaspi diktaturasına ultimatum verdi. Ultimatum yerinə yetirilmədiyindən 14 sentyabr gecəsi Nuru paşanın əmri ilə hücum təşkil edildi və ertəsi gün saat 15 radələrində qələbə fişəngi atıldı. Beləliklə, Nuru paşa tarixə adını Birinci Dünya müharibəsində Osmanlının qazandığı üç zəfərdən (Çanaqqala və Kütül Amarə zəfərləri ilə yanaşı) birinin sərkərdəsi, eyni zamanda, xalqımızın qəlbini fəth edən milli məfkurə sahibi kimi yazdırdı”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Uinston Çörçilin təsvir olunduğu rəsm əsəri hərraca çıxarılıb

Bakıdakı Rus evi 9 May - Qələbə Gününə həsr olunmuş konsert təşkil edib

“Şahdəniz” yatağından 7 milyard kubmetr qaz hasil edilib

AHİK Ulu Öndər Heydər Əliyevin doğum günü 5450 aztəminatlı ailəyə sovqat göndərib

Ulu Öndər Heydər Əliyev Azərbaycan gənclərinin xaricdə təhsil almasında mühüm rol oynayıb

® Sabunçu rayonunda könüllü qan vermə aksiyası keçirilib

Tayvan sahillərində 5,7 bal gücündə zəlzələ olub

® “AzerGold”un Müşahidə Şurasının növbəti iclası olub

Bu ilin birinci rübündə AÇG yatağından 31 milyon barel neft çıxarılıb

Professor: Heydər Əliyevin yüksək nitq mədəniyyəti xüsusi araşdırmaya layiq mühüm bir məsələdir

Bakıda beynəlxalq seysmoloji konfrans keçiriləcək

® İlk dəfə rekord sayda spiker “Caspian Investment Forum Prague 2024”də

Müstəqil dövlətimizin ən müasir tarixi Ulu Öndərin adı ilə bağlıdır RƏY

MİQ üzrə müsabiqəyə buraxılacaq qeydi-pedaqoji ixtisasların siyahısı müəyyənləşib

Tanınmış mütəxəssisin Azərbaycan millisinə baş məşqçi təyin olunacağı ilə bağlı xəbərlərə aydınlıq gəlib

Cari ilin birinci rübdə AÇG üzrə əsaslı məsrəflərə 347 milyon dollar xərclənilib

Dendrologiya İnstitutu İtaliyadan yeni toxum növləri əldə edib

ABA: Türk bank icmalarının birgə fəaliyyəti ölkələr arasındakı iqtisadi bağların güclənməsinə imkan yaradacaq

Universitetdə tədbir: “Heydər Əliyev şəkillərdə”

Ankarada Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Şuşa şəhərindəki “ASAN xidmət” mərkəzi iyunun sonlarınadək hazır olacaq VİDEO

RF Dövlət Duması Mixail Mişustinin hökumətin sədri vəzifəsinə namizədliyini müzakirə edir

Ermənistan müxalifəti baş nazir postuna namizədini müəyyənləşdirməyib

“PAŞA Holding” şirkətlərinin dayanıqlılıq strategiyası üzərində iş aparılır

BMT-nin vətəndaş cəmiyyəti üzrə 69-cu konfransı keçirilir

Tələbə gənclər Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini silsilə tədbirlərlə anıblar

Toğrul Əsgərov: Azərbaycan dünya idman tarixinə öz imzasını atmağı bacarıb

Ümummilli Lider Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti

Cənubi Sudandan olan 1,3 milyon qaçqın geri qayıdıb

Kursantlar Ulu Öndərin ölməzliyini tərənnüm etdirən fləşmob hazırlayıblar VİDEO

Yelkənçilərin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş parad təşkil olunub

® “AzerGold”un yeni qızıl sikkəsi Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunub

Niderland şirkəti Azərbaycan startapını alıb

Netanyahu Baydenlə fikir ayrılığının aradan qalxacağına ümid edir

Çin Macarıstanda dəmir yolu layihələrinə sərmayə qoyacaq

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi Astarada tibbi aksiya təşkil edib

Naxçıvanda Ulu Öndər Heydər Əliyevin 101 illiyi münasibətilə yürüş təşkil olunub

Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri xiyabanı ziyarət edib VİDEO

BMT: COP29-la bağlı Azərbaycana dəstək vermək və əlimizdən gələni əsirgəməmək öhdəliyimizdir

DİA-da “İqlim dəyişikliyinə uyğunlaşma üzrə” təlimlərə başlanılıb

Qurban Yetirmişli: Cəbrayılda seysmik stansiyanın quraşdırılması üçün sənədləşdirmə işləri aparılır VİDEO

Komitə sədri: Ailədə şiddətin qarşısını almaq üçün maarifləndirmə də lazımdır VİDEO

Azərbaycan Premyer Liqası: Mərkəzi oyun FIFA referisinə tapşırılıb

Nazir müavini: Azərbaycan COP29-a yalnız ev sahibliyi etməyəcək, eyni zamanda, danışıqlara da rəhbərlik edəcək

“Türk dünyasında qəhrəmanlıq əsərlərinin tədqiqi və təşviqi” layihəsinin icrasına başlanılıb

Tahir Budaqov: YAP parlament seçkilərinə hazırlıqla bağlı lazım olan bütün tədbirləri həyata keçirməkdədir VİDEO

Mayın 11-12-də geomaqnit qasırğası gözlənilir

Azərbaycanın qadın güləşçiləri lisenziya turnirində mübarizəyə başlayırlar

YAP-ın nümayəndələri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

Mərakeş sahillərində 38 miqrant xilas edilib

Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda Ulu Öndərin xatirəsini anıblar

BDU-nun tələbə və məzunu İsveçin dövlət təqaüdünə layiq görülüb

Delakruanın məşhur rəsm əsəri yenidən Luvr muzeyində sərgilənir

Dörd yüzdən çox namizəd dövlət qulluğu üzrə imtahan verəcək

Yaz ətirli poeziya

Milli Kitabxanada “Azərbaycanın özü qədər əbədi olan şəxsiyyəti – Heydər Əliyev” adlı ənənəvi kitab sərgisi açılıb

Azərbaycan neftinin qiyməti cüzi artıb

Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 107 nəfərə çatıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin II cəhdində iştirak etmək üçün qeydiyyat başlanır

Azərbaycan Basketbol Liqası: Son çempion finala çıxa bilər

® “Dayanıqlı Tikinti Zirvəsi”nin gündəliyi yayımlandı

Xalqımız Ulu Öndər Heydər Əliyevin parlaq xatirəsini böyük ehtiramla anır VİDEO

Premyer Liqa: Tura tarixi derbi ilə start veriləcək

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər VİDEO

Polis əməkdaşları 82 kiloqrama yaxın narkotik vasitə aşkarlayıb

DİN: Ötən gün ölkə ərazisində 87 cinayətin üstü açılıb

Paytaxtda bəzi ərazilərdə qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar paylaşım edib

Ceyhun Bayramov Qazaxıstana işgüzar səfərə yola düşüb

Qobustanda narkotiklərlə əlaqəli iki nəfər saxlanılıb

Xalqa bağışlanmış ömür - Ulu Öndərin anadan olmasından 101 il ötür

Baş nazir: Gürcüstan 2030-cu ilə qədər Avropa İttifaqına üzv olacaq

Azərbaycanın mədəniyyət ictimaiyyəti Heydər Əliyev Fondunun 20 illiyi münasibətilə Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik ünvanlayıb

Azərbaycanın qazandığı bütün uğurların memarı Ulu Öndər Heydər Əliyevdir ŞƏRH

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda klassik musiqi konserti təşkil edilib

Səudiyyə Ərəbistanının vəliəhdi Yaponiyaya səfər edəcək

Netanyahu: HƏMAS-ın 24 batalyonundan 20-si məhv edilib

Müstəqil və bütöv Azərbaycan Heydər Əliyev siyasi irsinin təntənəsidir

Azərbaycan-Bolqarıstan əlaqələri qarşılıqlı maraqlar əsasında uğurla inkişaf edir ŞƏRH

Professor Bilgiç: Heydər Əliyevin Türkiyə təbabətinə inamı mənim qürur mənbəyimdir

ADA və Bolonya universitetlərinin birgə proqramı bağçılıq sahəsində multidisiplinar yanaşmanı ehtiva edir

İsveçdə Ulu Öndərin anadan olmasının 101 illiyinə həsr olunmuş tədbir keçirilib VİDEO

Ulu Öndərin uzaqgörən siyasəti sivil birgəyaşayış qanunlarını həyatımıza gətirdi

Manuela Traldi: ADA və Bolonya universitetlərinin birgə proqramı kənd təsərrüfatında yeni yanaşmanı əhatə edir

Sorğu: Fransızların Avropa İttifaqına etibarı azalır

Vyanada alman nasizmi üzərində Qələbənin 79-cu ildönümü qeyd edilib

Respublikaçılar Baydeni İsrailə dəstəklə bağlı vədini pozmaqda günahlandırıblar

İqor Korotçenko: Sülh müqaviləsi Azərbaycan Prezidentinin irəli sürdüyü şərtlərlə bağlanacaq

Pentaqon ABŞ-ın İsrailə hava bombası tədarükünü dayandırdığını təsdiqləyib

Konfrans Liqasında ikinci finalçı müəyyənləşib

Avropa Liqasında finalçılar məlum olub

Dövlət Departamenti ABŞ-ın Ukraynaya yeni silah tədarükünü açıqlayıb

Yevlaxda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

Moskvadakı sərgidə faşizm üzərində Qələbədə Azərbaycanın roluna həsr olunmuş tədbirlər keçirilib

İsveçrədə İkinci Dünya müharibəsində həlak olmuş azərbaycanlıların xatirəsi anılıb

"Paris-2024"ə lisenziya əldə edən Azərbaycan güləşçisi: Qələbə qazanmaq heç də asan olmadı

Neftçalada yol qəzası olub, xəsarət alanlar var

Azərbaycan güləşçisi: Uğurumu “Paris-2024”də davam etdirmək istəyirəm

Ankarada “Heydər Əliyev və Türk dünyası” adlı anım proqramı təşkil olunub