MƏDƏNİYYƏT


“YARAT”da növbəti performans - “Runanşah”

Bakı, 23 sentyabr, AZƏRTAC

Sentyabrın 26-da “YARAT” Müasir İncəsənət Mərkəzində rəssam Fərhad Fərzəliyevin “Runanşah” adlı video və səs performansı təqdim olunacaq.

AZƏRTAC xəbər verir ki, bu əsər, şahidlərin sözlərinə görə, Xəzər dənizində yaşayan balıq quyruqlu məxluq – Runanşah ilə bağlı müəllifin apardığı davamlı araşdırmalardan əldə edilən nəticələrin təqdimatıdır.

Bu hekayənin kökü miflərə, Şərq slavyanlarının nağıl və miflərində yer alan möcüzəli su pəriləri, eləcə də Mesopotamiya folklorunda həm insana, həm də balığa bənzəyən amfibiya məxluqlara qayıdır.

Əfsanəyə görə bu məxluqlar, bilik və bacarıqlarını quru sakinlərinə öyrətmək üçün sudan bayıra çıxırlar. Təqdimatdan sonra, rəssam Runanşah obrazını təmsil edən balıq geyimində mövzuya uyğun musiqili səs performansı ifa edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.