Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Şahin Mustafayev: Azərbaycan və Rusiya prezidentlərinin görüşləri ölkələrimizin iqtisadi əlaqələrinin inkişafına dinamizm verir

Şahin Mustafayev: Azərbaycan və Rusiya prezidentlərinin görüşləri ölkələrimizin iqtisadi əlaqələrinin inkişafına dinamizm verir

Bakı, 5 oktyabr, AZƏRTAC

Oktyabrın 2-3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə bu ölkədə işgüzar səfərdə olub.

Səfər çərçivəsində dövlət başçılarının təkbətək və geniş tərkibdə görüşləri keçirilib və Azərbaycan Prezidenti Soçi şəhərində keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI plenar sessiyasında çıxış edib.

Azərbaycan-Rusiya əlaqələrinin kompleks inkişafı baxımından xüsusi əhəmiyyət daşıyan bu səfər ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsində də mühüm önəm kəsb edir. Prezident İlham Əliyevin Rusiyaya səfərinin iqtisadi aspektləri barədə AZƏRTAC-ın suallarını İqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev cavablandırıb.

- Şahin müəllim, Azərbaycan Respublikası Prezidentinin Rusiya Federasiyasına səfəri, dövlətimizin başçısının tarixi çıxışı siyasi arenada böyük maraqla qarşılandı. Azərbaycan ilə Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının həmsədri kimi səfərin iqtisadi əhəmiyyəti barədə fikirlərinizi bildirməyi xahiş edirik.

- İlk növbədə, qeyd edim ki, Azərbaycan-Rusiya əlaqələri möhkəm dostluğa, mehriban qonşuluğa, etibarlı tərəfdaşlığa və qarşılıqlı hörmət prinsiplərinə əsaslanır. Azərbaycan və Rusiya dövlət başçılarının birgə səyi və siyasi iradəsi sayəsində ölkələrimiz arasında əlaqələr strateji tərəfdaşlıq müstəvisində uğurla inkişaf edir, Azərbaycan və Rusiya prezidentlərinin müntəzəm görüşləri dövlətlərarası münasibətlərə yüksək dinamizm verir. Siyasi əlaqələrin strateji xarakteri, Azərbaycan və Rusiya prezidentlərinin dostluq münasibətləri iqtisadi əməkdaşlığın inkişafı üçün əlverişli zəmin yaradır.

Azərbaycanın mehriban qonşu, dost, etibarlı və mühüm tərəfdaş olan Rusiya ilə əlaqələri yüksək səviyyədədir, siyasi, iqtisadi, humanitar, hərbi-texniki və s. sahələrdə əməkdaşlığımız genişlənir. Əlaqələrimizin inkişaf dinamikası və əldə edilən nəticələr çox müsbətdir. Bütün bunların arxasında strateji əməkdaşlıq, mühüm işlər, önəmli layihələr dayanır və yüksək göstəricilərdə əksini tapır. Bir daha vurğulayım ki, ikitərəfli əməkdaşlıqda qazanılan uğurlar dövlət başçılarının siyasi iradəsindən qaynaqlanır, məhz bu mühüm amil strateji tərəfdaşlığımızı daha da möhkəmləndirir.

Bu baxımdan Azərbaycan Prezidentinin Rusiyanın Soçi şəhərinə işgüzar səfəri xüsusi əhəmiyyət kəsb edir. Səfər çərçivəsində aparılan müzakirələr Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığının gələcək inkişafı üçün möhkəm əsas yaradır.

Vurğulamalıyam ki, səfər çox uğurlu keçib. Cənab Prezidentin beynəlxalq münasibətlərin aktual məsələlərinin müzakirəsi üçün önəmli platforma olan “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı tarixi çıxışı geniş ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanıb, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın qətiyyətli və haqlı mövqeyini bir daha bütün dünyaya bəyan edib.

- Strateji siyasi əlaqələr ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişafına, xüsusilə ticarətin genişlənməsinə böyük dinamizm gətirir. Bu barədə nə deyərdiniz?

- Azərbaycan və Rusiya prezidentləri ölkələrarası ticarətin genişlənməsinə xüsusi önəm verirlər. Azərbaycan Prezidentinin ötən ilin sentyabrında Rusiyaya rəsmi səfəri çərçivəsində imzalanmış Rusiya-Azərbaycan əməkdaşlığının başlıca istiqamətlərinin inkişafı üzrə 2024-cü ilədək Fəaliyyət Planında əks olunan 5 “Yol xəritəsi” iqtisadi əlaqələrimizin genişlənməsinin mühüm istiqamətlərini müəyyən edir.

Bu “Yol xəritələri” ticarət, nəqliyyat, Azərbaycan ərazisində birgə istehsalın yaradılması, büdcə-vergi sektorunun rəqəmsallaşdırılması üzrə qarşılıqlı fəaliyyəti və humanitar sahədə əməkdaşlığı nəzərdə tutur. Onu da deyim ki, əlaqələrimizin daha dinamik inkişafı üçün görülən işlər bu məqsədlərin reallaşdırılmasına xidmət edir. “Yol xəritələri”ndə ticarət əməkdaşlığının daha da dərinləşməsi məsələlərinə xüsusi yer ayrılır. Bununla yanaşı, Azərbaycan və Rusiya arasındakı Sərbəst ticarət haqqında Saziş ticarət əməkdaşlığının daha da genişləndirilməsi üçün əlverişli imkanlar yaradır.

Hazırda ticarət əlaqələrimiz yüksək templərlə inkişaf edir. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Rusiyanın Cənubi Qafqaz ölkələri ilə ticarət əlaqələrinin təxminən yarısı Azərbaycanın payına düşür. Rusiya qeyri-neft məhsullarımızın ixracı üzrə ilk yerdədir.

Ötən il Azərbaycan-Rusiya ticarət dövriyyəsi 20 faiz, bu ilin yanvar-avqust aylarında isə 24 faiz artıb. Azərbaycan ilə Rusiya arasında ticarətin yüksək templərlə artması strateji əməkdaşlığımızın mühüm göstəricisi olmaqla, Azərbaycan Prezidentinin xarici iqtisadi əlaqələrin genişləndirilməsi, qeyri-neft ixracının stimullaşdırılması istiqamətində qəbul etdiyi mühüm qərarların, dövlətimizin başçısının rəhbərliyi ilə görülən sistemli və ardıcıl işlərin məntiqi nəticəsidir.

Bir faktı da qeyd edim, bu günlərdə keçirilən Avrasiya İqtisadi Şurasının iclasında bildirilib ki, Avrasiya İqtisadi İttifaqına üzv ölkələr arasında ticarət dövriyyəsi cari ilin birinci yarısında ötən ilin eyni dövrü ilə müqayisədə 5 faizdən çox, İttifaqın üçüncü ölkələrlə ticarəti isə 2 faizdən çox aşağı düşüb. Rusiyanın Avrasiya İqtisadi İttifaqının üzvü olan digər ölkələrlə ticarət dövriyyəsi isə həmin dövrdə 7 faizdən çox azalıb.

Azərbaycanla Rusiya arasında ticarətin müsbət artım templərini daha da gücləndirmək məqsədilə tədbirlər davam etdirilir. Belə ki, Rusiyada Azərbaycanın Ticarət Nümayəndəliyi, Həştərxan şəhərində Azərbaycan İş Mərkəzi, Yekaterinburq şəhərində Azərbaycan Şərab Evi fəaliyyət göstərir və iş adamları arasında birbaşa ticarət əlaqələrinin genişlənməsinə töhfə verir. Həmçinin Moskva şəhərində Azərbaycan məhsullarının geniş çeşiddə təqdim olunduğu “Azərbaycan nemətləri” mağazası açılıb. Rusiyanın digər şəhərlərində də bu cür mağazaların açılması istiqamətində işlər aparılır.

Daha bir vacib amili də vurğulayım ki, iki ölkənin iş adamları arasında biznes forumlar, işgüzar görüşlər keçirilir, Rusiyaya ixrac missiyaları təşkil olunur, Azərbaycan məhsulları bu ölkədə keçirilən beynəlxalq sərgilərdə nümayiş etdirilir. Bu günlərdə Azərbaycan şirkətləri Moskvada təşkil olunan “Worldfood Moscow 2019” beynəlxalq ərzaq sərgisində vahid ölkə stendi ilə iştirak edib. Qida, şərab və spirtli içki məhsulları sahəsində fəaliyyət göstərən 33 Azərbaycan şirkətinin sərgidə nümayiş olunan məhsulları yüksək alıcı marağına səbəb olub və bir sıra ixrac müqavilələri imzalanıb, razılaşmalar əldə edilib. Qeyd etmək yerinə düşərdi ki, artıq Azərbaycan məhsulları Rusiyanın iri mağazalar şəbəkələrində satılır və daha geniş istehlakçı dairəsinə təqdim edilir.

Azərbaycan-Rusiya iqtisadi-ticarət əlaqələrinin genişlənməsində Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan işgüzar şuraları da uğurlu fəaliyyət göstərirlər.

- Heç şübhəsiz ki, bu tədbirlər ölkəmizin qeyri-neft ixracının genişlənməsinə yönəlib. Bəs, Rusiya ilə ticarətin artımını necə proqnozlaşdırırsınız?

- Əvvəlcə qeyd edim ki, xarici ticarətin genişləndirilməsi sahəsində görülən işlərin nəticəsi olaraq, bu ilin 8 ayı ərzində qeyri-neft ixracımız 15 faiz artıb. Gələn il bu göstəricinin 20 faiz təşkil edəcəyi, 2023-cü ildə 3 milyard ABŞ dollarını ötməsi gözlənilir.

Xarici ticarət dövriyyəsində önəmli yer tutan Rusiya ilə ticarət əməkdaşlığına gəlincə, ötən il ölkələrimiz arasında ticarətin həcmi 2,5 milyard ABŞ dolları təşkil edib və bu sahədə həyata keçirilən ardıcıl və sistemli tədbirlər, artım dinamikası 2019-cu ildə ticarət dövriyyəsinin 3 milyard dollara çatacağını söyləməyə tam əsas yaradır.

Bu məsələ Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının iclaslarında əsas diqqət yetirilən istiqamətlərdəndir. Komissiya tərəfindən ayrı-ayrı məhsullar üzrə təhlillər aparılır. Nəticələr göstərir ki, Azərbaycanın kənd təsərrüfatı və emal məhsullarının Rusiyaya ixracının 2 dəfə artırılması potensialı var və bu imkanın reallaşdırılması hədəf kimi müəyyən olunub.

Təsadüfi deyildir ki, ticarət əməkdaşlığının inkişafı Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Oreşkinin Azərbaycana səfərləri çərçivəsində əsas müzakirə mövzularından olub.

- Ölkələrimiz arasında investisiya əməkdaşlığı da uğurla inkişaf edir...

- Tamamilə doğrudur. Dövlət başçılarının siyasi iradəsi, ölkələrimizdəki əlverişli işgüzar mühit qarşılıqlı investisiya qoyuluşları üçün geniş imkanlar yaradır. Azərbaycanda 700-ə yaxın Rusiya kapitallı şirkət fəaliyyət göstərir. Rusiya tərəfindən Azərbaycan iqtisadiyyatına 4,6 milyard dollar, Azərbaycan tərəfindən isə Rusiyaya 1,2 milyard dollar sərmayə yatırılıb. Azərbaycan investorları Rusiyanın müxtəlif bölgələrində maliyyə-bank, daşınmaz əmlak, sanatoriya-kurort, qida sənayesi, tikinti materiallarının istehsalı və digər sahələri əhatə edən layihələr həyata keçirirlər.

Eyni zamanda, ölkəmizdə Rusiya ilə birgə layihələr reallaşdırılır. “SOCAR Polymer” layihəsi, Pirallahı Sənaye Parkında əczaçılıq müəssisəsinin yaradılması, Gəncə avtomobil zavodunun Rusiyanın “KamAZ” və “Ural” zavodları ilə əməkdaşlığı, “Azərmaş” və “QAZ” şirkətləri arasında birgə layihələr, helikopterlərin təmiri və texniki xidmət mərkəzinin, Hacıqabulda izolyasiya materialları istehsalının təşkili layihələri Azərbaycan–Rusiya sənaye-investisiya əməkdaşlığının önəmli nümunələridir.

Rusiyanın Sənaye və Ticarət naziri Denis Manturovun ölkəmizə səfəri və Azərbaycan nümayəndə heyətinin Rusiyanın Yekaterinburq şəhərində keçirilmiş “İNNOPROM” beynəlxalq sənaye sərgisində iştirakı çərçivəsində aparılan müzakirələrdə ölkəmizdə kənd təsərrüfatı texnikasının, vaqonlar üçün ehtiyat hissələrinin və digər sənaye məhsullarının istehsalının təşkili barədə razılıq əldə edilib.

Həmçinin Rusiya bankları ilə də sıx əməkdaşlıq həyata keçirilir. Belə ki, Azərbaycanda sənaye sahəsində həyata keçirilən layihələrə Rusiya bankları 1 milyard dollara yaxın vəsait yönəldiblər.

- Ölkələrimiz enerji və nəqliyyat sahələrində də etibarlı tərəfdaşdırlar...

- Energetika sahəsində əməkdaşlığa gəlincə, qeyd edim ki, Rusiya şirkətləri Azərbaycanın neft-qaz sektorunda icra olunan layihələrin, o cümlədən “Şahdəniz”, Cənubi Qafqaz qaz boru kəməri kimi iri layihələrin fəal iştirakçısıdır.

Azərbaycan nefti digər marşrutlarla yanaşı, Bakı-Novorossiysk boru kəməri ilə də dünya bazarına ixrac olunur. Bununla yanaşı, ölkələrimizin enerji sistemləri paralel rejimdə fəaliyyət göstərir və elektrik enerjisi mübadiləsi aparılır. Belə ki, 2018-ci ildə Azərbaycandan Rusiyaya 121 milyon kVt/saatdan çox elektrik enerjisi ixrac edilib, Rusiyadan isə 76 milyon kVt/saatdan artıq elektrik enerjisi idxal olunub.

Hazırda Azərbaycan-Rusiya-İran “Şimal-Cənub” enerji dəhlizinin yaradılması üzrə texniki-iqtisadi əsaslandırma sənədləri hazırlanır. Görülən bütün bu işlər enerji sahəsində əməkdaşlığımızın genişlənməsinə xidmət edir.

Azərbaycan Prezidentinin Rusiyaya səfəri zamanı Şimal-Cənub, Şimal-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin əhəmiyyəti, tranzit və yükdaşımaların həcminin artmasında önəmi xüsusilə vurğulanıb.

Qeyd edim ki, hər iki dəhliz üzrə yükdaşımaların həcmi ildən-ilə artır. Keçən il Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi üzrə bu göstərici 8 dəfə, bu ilin birinci yarısında isə 63 faiz artıb. Şimal-Qərb dəhlizi üzrə daşımalar 2019-cu ilin altı ayı ərzində 70 faizdən çox artıb.

Nəqliyyat sahəsində Rusiya ilə əməkdaşlıqda avtomobil yükdaşımaları da önəmli yer tutur və bu istiqamətdə infrastrukturun təkmilləşdirilməsinə xüsusi diqqət yetirilir. Hazırda Samur çayı üzərində avtomobil körpüsünün tikintisi davam etdirilir və bu ilin sonunadək başa çatdırılacaqdır. Eyni zamanda, sərhəd-buraxılış məntəqələrinin inkişafı layihələrinin sinxronlaşdırılması məsələsi müzakirə olunur və bu sahədə xüsusi “Yol xəritəsi” hazırlanır.

- Digər sahələrdə əlaqələri necə dəyərləndirərdiniz?

- İqtisadi əməkdaşlığımızda kənd təsərrüfatı önəmli yer tutur. Rusiya kənd təsərrüfatı və emal məhsullarımızın əsas alıcısıdır. Ötən il qonşu ölkəyə 560 min tondan çox məhsul ixrac olunub. Bununla yanaşı, Rusiya şirkətləri Azərbaycana kənd təsərrüfatı texnikası ixrac edir. Son illərdə Rusiyadan 900-ə yaxın müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası, 650 min tondan çox mineral gübrələr alınıb.

Yeri gəlmişkən, bu ilin sonunadək keçiriləcək Hökumətlərarası Komissiyanın növbəti iclası çərçivəsində Azərbaycan və Rusiya arasında 2020-2022-ci illər üçün aqrar-sənaye kompleksi üzrə əməkdaşlıq Proqramının imzalanması planlaşdırılır.

Əməkdaşlığın daha bir istiqaməti turizmdir və son illərdə bu sahədə əlaqələrimiz genişlənir. Azərbaycana gələn turistlərin sayında Rusiya birinci yerdədir. Ötən il Azərbaycana Rusiyadan gələnlərin sayı 880 min təşkil edib. Artım bu il də davam edir. Belə ki, 2019-cu ilin birinci yarısında rusiyalı turistlərin sayı 2,5 faiz artıb.

Onu da qeyd edim ki, Azərbaycandan Rusiyanın müxtəlif şəhərlərinə həftədə 100-dən çox birbaşa aviareys həyata keçirilir. 2018-ci ildən Moskva şəhərində Azərbaycan Turizm Bürosunun nümayəndəliyi fəaliyyət göstərir. Turizm sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün iki ölkə arasında növbəti üç il müddətinə əməkdaşlıq proqramının imzalanması nəzərdə tutulur. Görülən bu işlər nəticəsində Azərbaycan ilə Rusiya arasında turistlərin sayının daha da artacağı gözlənilir.

İqtisadi sahələrlə bərabər, humanitar sahələrdə də əlaqələrimiz inkişaf edir. Mədəniyyət, idman, səhiyyə ilə yanaşı, təhsil sahəsində də əməkdaşlığımız uğurludur.

Hazırda ölkəmizdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları fəaliyyət göstərir və bu təhsil ocaqlarında 1100-dən çox tələbə təhsil alır. Eyni zamanda, Azərbaycanın 14 dövlət universitetində fəaliyyət göstərən rus dili bölmələrində 25 min tələbə təhsil alır. Ölkəmizin 338 məktəbində 130 min şagird rus dilində oxuyur. Yeri gəlmişkən, Rusiyada da 12 mindən çox şagird 88 məktəbdə Azərbaycan dili və ədəbiyyatını öyrənir. Rusiya ali təhsil müəssisələrində 11 mindən çox azərbaycanlı tələbə oxuyur.

Azərbaycan-Rusiya əməkdaşlığında regionlararası əlaqələrin rolu da xüsusi qeyd olunmalıdır. Ölkəmizin Rusiyanın 80-ə yaxın federal subyekti ilə iqtisadi əlaqələri mövcuddur. Bu subyektlərdən 20-si ilə iqtisadi-ticarət, elmi-texniki və mədəni əməkdaşlığa dair sazişlər imzalanıb. Ənənəvi olaraq keçirilən Azərbaycan-Rusiya Regionlararası Forumu Rusiya Federasiyası və onun subyektləri ilə əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli platformadır. Bu ilin dekabr ayında Moskva şəhərində 10-cu forumun keçirilməsi nəzərdə tutulur.

Sonda bir daha vurğulamaq istərdim ki, Azərbaycan Respublikası Prezidentinin Rusiya Federasiyasına səfəri, səfər çərçivəsində aparılan müzakirələr ölkələrimiz arasındakı strateji əməkdaşlığı daha da möhkəmləndirməklə yanaşı, əlaqələrin bütün sahələrdə dərinləşməsinə, mövcud geniş potensialın daha dolğun reallaşdırılmasına, dövlət başçılarının müəyyənləşdirdiyi prioritetlər üzrə iqtisadi-ticarət əməkdaşlığının inkişafına böyük təkan verəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNİB VİDEO

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib