CƏMİYYƏT
Binəqədi rayonunda iki evdən pul, sənəd və qızıl-zinət əşyaları oğurlanıb
Bakı, 10 oktyabr, AZƏRTAC
Paytaxtda oğurluqla məşğul olan şəxslər tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, cari il iyulun 27-dən avqustun 25-dək olan müddətdə Binəqədi rayonu ərazisindəki 2 evdən pul, sənəd və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş N.İsmayılov Rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Oktyabrın 6-da Sabunçu rayonu ərazisindəki evlərdən birinin həyətindən 1000 manat dəyərində inşaat materialları oğurlamaqda şübhəli bilinən Ramana qəsəbə sakinləri olan 1 yeniyetmə və əvvəllər məhkum olunmuş O.Rzayev Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıblar.
Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.