MƏDƏNİYYƏT


Azərbaycan ilə Kolumbiya arasında mədəniyyət sahəsində əməkdaşlıq istiqamətləri müzakirə edilib

Bakı, 11 oktyabr, AZƏRTAC

Oktyabrın 10-da Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev Kolumbiya Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Luis Antonio Dimate Kardenasla görüşüb.

Kolumbiyanın Azərbaycandakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, Əbülfəs Qarayev ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə səfiri təbrik edib və ona uğurlar arzulayıb. Mədəniyyət sahəsində nəzərdə tutulan layihələr barədə məlumat verən nazir Kolumbiya tərəfini ölkəmizdə keçiriləcək beynəlxalq mədəniyyət tədbirlərində fəal iştiraka dəvət edib.

Görüşdə, həmçinin gələcək əməkdaşlıq istiqamətləri, o cümlədən qarşılıqlı mədəniyyət günlərinin təşkili, iki ölkənin mədəniyyət müəssisələri arasında birbaşa əlaqələrin təşviqi və perspektivləri barədə müzakirələr aparılıb.

Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Luis Antonio Dimate Kardenas Azərbaycan ilə Kolumbiya arasında mövcud əlaqələrin daha da inkişaf edəcəyinə inandığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.