İQTİSADİYYAT


Dövlət Statistika Komitəsinin bir qrup əməkdaşı Litvada keçirilən təlimə qatılıb

Bakı, 15 noyabr, AZƏRTAC

Noyabrın 11-15-də Dövlət Statistika Komitəsinin bir qrup əməkdaşı “Avropa standartlarına çatmaq üçün Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə Aİ-nin dəstəyi” layihəsi çərçivəsində tərəfdaş ölkə qismində çıxış edən Litva Statistika Departamentində təlim səfərində iştirak edir.

Komitədən AZƏRTAC-a bildirilib ki, səfər zamanı qısamüddətli biznes statistikası üzrə məlumatların toplanması, emalı, təhlili və yayılması, sənaye məhsulları və xidmətlərin istehsalı indekslərinin, biznes reyestr və statistikada keyfiyyəti idarəetmə sisteminin tətbiqi ilə bağlı Litva təcrübəsi öyrənilir. Litvalı mütəxəssislər tərəfindən biznes statistikası üçün istifadə edilən məlumat mənbələrinə, biznes reyestrə, statistik müşahidələrə, Statistik biznes proseslərinin ümumi modelinə (GSBPM), DESAP özünüqiymətləndirmə anketinə və inzibati məlumatlara dair təqdimatlar edilib, statistik istehsal prosesinin təşkili ilə bağlı qarşılıqlı müzakirələr aparılıb. Məlumatların keyfiyyətinin təmin olunması üçün onların təhlili ilə bağlı tətbiq edilən üsullar və proqram təminatları nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.