ELM VƏ TƏHSİL


Xaricdə təhsil alan doktorantlar viza və qeydiyyat xərclərini özləri ödəyəcəklər

Bakı, 18 noyabr, AZƏRTAC

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” əsasında xaricdə təhsil alan doktorantlar viza rüsumunu və təhsil aldıqları ölkədə qeydiyyat xərclərini özləri ödəyəcəklər.

AZƏRTAC xəbər verir ki, bunu noyabrın 18-də “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Respublikası vətəndaşlarının xaricdə doktorantura səviyyəsində təhsilinin maliyyələşdirilməsi və seçiminə dair qaydalarla bağlı mətbuat konfransında Təhsil nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli deyib.

O bildirib ki, proqram iştirakçılarının təhsil xərcləri təqdim olunan təsdiqedici sənədlər (hesab-faktura) əsasında xarici ali təhsil müəssisələrinin bank hesablarına köçürüləcək. Proqram iştirakçısının aylıq yaşayış xərcləri isə təhsil aldığı xarici ali təhsil müəssisəsi tərəfindən bank hesabına ödəniləcək.

Nicat Məmmədli qeyd edib ki, proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi illik (tədris ili) və ya semestrlər üzrə həyata keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.