DÜNYA


Tacikistan qarşıdakı 3 ildə 1 milyard dollar kredit alacaq

Düşənbə, 18 noyabr, AZƏRTAC

Tacikistan yaxın 3 il ərzində mərhələli şəkildə xarici ölkələrdən 1 milyard dollar kredit alacaq.

AZƏRTAC Tacikistan mətbuatına istinadla xəbər verir ki, hazırda ölkənin xarici borcu 2,9 milyard dollar təşkil edir. Əgər bu rəqəmi Tacikistan vətəndaşlarının sayına bölsək, onda hər nəfərin 318 dollar xarici borcu var.

Bildirilir ki, Tacikistan ən çox Çindən kredit alıb. Tacikistanın bu ölkəyə borcu 1 milyard 525 milyon dollardır. Çindən alınan vəsait əsasən infrastruktur layihələrinə və iqtisadiyyatın dirçəldilməsinə yönəldilib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Düşənbə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.