Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

“Azərsu” sədri Tehranda Azərbaycanın su sektorundakı fəaliyyəti ilə bağlı məlumat verib

“Azərsu” sədri Tehranda Azərbaycanın su sektorundakı fəaliyyəti ilə bağlı məlumat verib

Tehran, 6 dekabr, AZƏRTAC

Dekabrın 5-də Tehranda Şəhər Su Təsərrüfatı üzrə Regional İdarəetmə Mərkəzinin idarə heyətinin 10-cu toplantısı keçirilib.

AZƏRTAC xəbər verir ki, toplantıda Azərbaycan və İran ilə yanaşı, Türkiyə, Pakistan, Əfqanıstan, İraq, Almaniya, İsveçrə, Şri-Lanka, Əmman, Liviya, Qırğızıstan, Banqladeş və digər dövlətlərin müvafiq qurumlarının rəhbər şəxsləri olmaqla ümumilikdə 17 ölkənin nümayəndəsi iştirak edib. Həmçinin tədbirə UNESKO, Ümumdünya Səhiyyə Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, BMT-nin inkişaf proqramı, Ümumdünya Meteorologiya Təşkilatın nümayəndələri də iştirak ediblər.

Toplantını giriş sözü ilə açan İranın Energetika naziri Rza Ərdakanian müasir dünyada ekoloji vəziyyətin dəyişməsindən və suya tələbatın artmasından danışıb. Qeyd olunub ki, bu gün lazımi tədbirlər görülməsə gələcəkdə insanlar təmiz su çatışmazlığı problemi ilə üzləşəcəklər. Bu, bütün ölkələrin problemi olmalı və onun aradan qaldırılması üçün birgə səylər göstərilməlidir. Bugünkü toplantının məqsədi ondan ibarətdir ki, region ölkələri şəhərlərin təmiz su ilə təminatını dayanıqlı etsinlər.

Sonra digər dövlətlərin təmsilçiləri mövcud problemlər və onların həlli yollarından danışıblar. Nəzərə çatdırılıb ki, problemin həlli region dövlətlərinin əməkdaşlığı ilə mümkündür.

Azərbaycanı tədbirdə təmsil edən “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Azərbaycanın təşkilatın idarə heyətinə üzv qəbul edildiyi üçün təşəkkürünü bildirərək, ölkəmizdə su sektorunun inkişafı və perspektivləri, o cümlədən dövlətin bu sahəni daim diqqətdə saxlaması ilə bağlı toplantı iştirakçılarını məlumatlandırıb.

O qeyd edib ki, Azərbaycanda su ehtiyatları məhduddur və bu ehtiyatların 70 faizi transsərhəd çayların payına düşür. Əhalinin artımı, sənaye və kənd təsərrüfatının inkişafı nəticəsində su ehtiyatlarından istifadə sürətlə artır. Beynəlxalq təşkilatların proqnozuna görə 2050-ci ildə planetimizin hər 4 sakinindən biri içməli su çatışmazlığından əziyyət çəkəcək. Bunları nəzərə alaraq, Azərbaycanın su strategiyasında transsərhəd çay hövzələrinin su ehtiyatlarının çirklənmə və tükənmədən mühafizəsi mühüm yer tutur. Hesab edirik ki, dövlətlərin maraqlarının yaxınlaşdırılması transsərhəd çay sularından birgə istifadə haqqında qəbul edilmiş ümumi beynəlxalq-hüquqi sənədlərə və əlaqələndirilmiş regional su siyasətinə əsaslanmalıdır. Belə vacib sənədlərdən biri BMT-nin “Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə” Konvensiyadır. Azərbaycan bu Konvensiyanı 2000-ci ildə ratifikasiya edib, onun “Su və sağlamlıq” Protokoluna isə 2002-ci ilə qoşulub.

Q.Hüseynov nəzərə çatdırıb ki, Kür-Araz çayları hövzəsində yerləşən ölkələrdən yalnız Azərbaycan Helsinki Konvensiyasına qoşulub. Azərbaycan transsərhəd su siyasətini bu Konvensiyaya görə və qonşu ölkələrlə ikitərəfli müqavilələr əsasında qurur. İran ilə bu sahədə əməkdaşlığı 1963-cü ildən başlayıb. Ötən dövr ərzində tərəflərin iştirakı ilə “Araz” su anbarı və “Mil-Muğan” hidroqovşağı istifadəyə verilib. Araz çayı üzərində yeni inşa olunan “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının istismarının razılaşdırılması üçün 2016-cı il fevralın 23-də imzalanmış sazişə uyğun olaraq Birgə Texniki Komissiya yaradılıb. Eyni zamanda, iki ölkə arasında Ordubad-Marazad Su Elektrik Stansiyasının tikintisi davam edir. Samur çayı ilə əlaqədar Rusiya ilə saziş imzalanıb, Kür çayı ilə bağlı Gürcüstan ilə ikitərəfli müqavilə üzərində iş aparılır.

“Azərsu” ASC-nin sədri qeyd edib ki, Ermənistanla yaranmış münaqişə nəticəsində transsərhəd çayların su ehtiyatlarından səmərəli istifadə mümkün deyil. Bu münaqişə Azərbaycanı bəzi yerli su mənbələrində məhrum edib. Buna misal olaraq su tutumu 560 milyon kubmetr olan Sərsəng su anbarını və digər su obyektlərini göstərmək olar.

Nəzərə çatdırılıb ki, bu gün Azərbaycanın su infrastrukturunun yaxşılaşdırılması dövlətin sosial-iqtisadi siyasətinin prioritet istiqamətlərindən biridir. Hazırda su təhlükəsizliyinin təmin edilməsi məqsədilə yerüstü və yeraltı su ehtiyatları yenidən qiymətləndirilir, su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi və içməli su təchizatının yaxşılaşdırılması istiqamətində mühüm işlər görülür. Prezident İlham Əliyevin xüsusi tapşırığına uyğun olaraq 2013-cü ildə regionun ən müasir laboratoriyalarından biri və 2015-ci ildə ultrasüzgəc texnologiyasına əsaslanan və məhsuldarlığı sutkada 570 min kubmetr olan sutəmizləyici qurğular kompleksi istifadəyə verilib. Bununla yanaşı ölkəmizdə sudan qənaətlə istifadə texnologiyaları sürətlə inkişaf etdirilir və qeyri-ənənəvi su mənbələrindən istifadə istiqamətində tədqiqatlar aparılır, eksperimental qurğular inşa olunur.

Daha sonra Regional Mərkəzin qarşısında duran digər aktual məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb və növbəti illər üzrə fəaliyyət planı müzakirə olunaraq təsdiq edilib.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar