MƏDƏNİYYƏT


Muğam Mərkəzində növbəti xeyriyyə konserti - “Qəlbimin nəğmələri”

Bakı, 6 dekabr, AZƏRTAC

Dekabrın 8-də Beynəlxalq Muğam Mərkəzində müğənni Murad Sadıxın “Qəlbimin nəğmələri” adlı xeyriyyə konserti olacaq.

AZƏRTAC xəbər verir ki, konsert proqramında müğənni ilə bərabər, səhnə dostları da çıxış edəcəklər.

Tədbirin aparıcısı Leyla Quliyeva ilə birlikdə Muğam Televiziya Müsabiqəsinin qalibi Pərviz Qasımov, pianoçu-bəstəkar Sevda Məmmədli, Milli Konservatoriyanın xalq çalğı alətləri orkestri, Cavad Tağızadə və kamera orkestri, beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Vüsalə Babayeva konsert boyu gənc müğənni ilə birgə səhnəni bölüşəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.