MƏDƏNİYYƏT


İtalyandilli portalda Heydər Əliyev Beynəlxalq Aeroportunun binasından bəhs olunub

Roma, 8 dekabr, AZƏRTAC 

İtalyandilli portalda dünyanın ən maraqlı dizayna malik qeyri-adi altı aeroportu barədə məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, dünyanın ən məşhurları sırasında Bakının Heydər Əliyev Beynəlxalq Aeroportunun adı da var. Qeyd olunub ki, Heydər Əliyev Beynəlxalq Aeroportu Azərbaycanın və Qafqazın ən işlək hava limanıdır. Maraqlı həndəsi quruluşa və kosmik fəzanı andıran dizayna malik interyer ilə bu aeroportun ABŞ-ın Con Kennedi, Berlinin Tempelxof, Pekinin Dasin kimi yüksək standartlı hava limanları ilə rəqabət apara biləcəyi vurğulanır.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.