CƏMİYYƏT


Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının üzvləri Heydər Əliyev Mərkəzini ziyarət ediblər

Bakı, 14 dekabr, AZƏRTAC 

Dekabrın 12-13-də Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə ittifaq üzvü olan, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətində və Xüsusi Riskli Xilasetmə Xidmətində çalışan bir qrup fəal əməkdaş Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini yad etmək məqsədilə Heydər Əliyev Mərkəzində olub.

AZƏRTAC xəbər verir ki, Mərkəzdə nazirliyin əməkdaşları Ümummilli Liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən müxtəlif eksponatlar, foto və videomateriallarla tanış olublar.

FHN-in əməkdaşlarına bildirilib ki, müasir Azərbaycan dünyada ümummilli lider Heydər Əliyevlə tanındı və bu gün Ulu Öndərin adını daşıyan Mərkəz müasir Azərbaycanın və Bakının rəmzinə çevrilib.

Həmçinin FHN-in əməkdaşlarına məlumat verilib ki, Heydər Əliyev Mərkəzi Azərbaycan tarixinin, dilinin, mədəniyyətinin və digər milli sərvətlərinin beynəlxalq aləmdə tanıdılması və təbliği, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya və iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına xidmət edən layihələr həyata keçirir.

Qeyd olunub ki, nadir memarlıq nümunələrindən biri olan və çoxfunksiyalılığı ilə seçilən Heydər Əliyev Mərkəzi artıq dünya memarlıq siyahısına daxil edilıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.