Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
Bakı, 26 aprel, AZƏRTAC
İsrail Ordusu (SAXAL) Qəzza sektoruna ən zəruri yardımın çatdırması üçün üzən platformanın tikintisinə başlandığını elan edib.
AZƏRTAC xəbər verir ki, SAXAL-ın məlumatına görə, ABŞ Mərkəzi Komandanlığının rəhbərlik etdiyi maddi-texniki təminat üzrə birgə sahil təşəbbüsü Qəzza zolağına dəniz vasitəsilə humanitar yardım çatdırılması məqsədilə üzən limanın inşasına başlayıb. Təl-Əviv təşəbbüsün təhlükəsizliyini təmin etməyi və ona logistik dəstək verməyi öhdəsinə götürüb.
Üzən platformanın uzunluğu təxminən 550 metr olacaq, eni isə iki cərgə yük avtomobilinin dayanmasına imkan verəcək. Onun fəaliyyəti 1000-ə yaxın amerikalı hərbçi tərəfindən təmin ediləcək.
2007-ci ildən bəri Qəzza sektorunu hava, quru və dənizdən blokadada saxlayan İsrail üzən platformanın daimi deyil, müvəqqəti olmasında israrlıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [17:37]
Çexiyada işsizlik 4,4 faizə yüksəlib
- 10.08.2026 [16:58]
Avropada bu yay istilərdən 25 min nəfər ölüb VİDEO
- 10.08.2026 [16:56]
AI bumu fonunda retrokompüterlərə maraq artır
- 10.08.2026 [15:23]
İspaniyada anomal istilər səbəbindən tarixdə ən erkən üzüm yığımı başlayıb
- 10.08.2026 [14:52]