DÜNYA


Özbəkistan koronavirusun episentri olan Uxan şəhərindəki 30 özbək tələbəni Çindən çıxara bilmir

Daşkənd, 29 yanvar, АZƏRTAC

Özbəkistan koronavirusun episentri olan Uxan şəhərindəki 30 tələbəni Çindən çıxara bilmir.

AZƏRTAC Özbəkistan Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, Çin hakimiyyəti özbək tələbələrin və ümumiyyətlə, Uxan şəhərində olan xarici ölkə vətəndaşlarının ölkədən çıxarılmasına hələ ki icazə vermir.

Xatırladaq ki, Çində koronavirusun yayılması təhlükəsi ilə bağlı Uxan şəhərinin də daxil olduğu Xubey əyalətində karantin elan olunub və əyalətin 13 şəhərinə giriş-çıxış bağlanıb. Nəticədə Xubey əyalətinin 41 milyondan artıq əhalisi karantin şəraitində yaşamağa məcburdur.

Bununla belə ABŞ və Yaponiya öz vətəndaşlarının çıxarılmasını elan edib. Özbəkistanın 30 tələbəsindən başqa, 15 qırğız və 10-dan çox tacik tələbə də Uxandadır.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.