ELM VƏ TƏHSİL
Biologiya fənni üzrə bazar günü məktəbinə qeydiyyat davam edir
Bakı, 13 fevral, AZƏRTAC
Fevralın 15-16-da, 22-23-də, 29-da və martın 1-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialında biologiya fənni üzrə bazar günü məktəbi keçiriləcək. Məşğələlər pulsuzdur.
AZƏRTAC MDU-nun Bakı filialının saytına istinadla xəbər verir ki, bazar günü məktəbinə yazılmaq üçün saytda formanı doldurmaq lazımdır. Qeydiyyat bazar ertəsi saat 9:30-dan açılır və şənbə günü saat 11-də bağlanır. Ətraflı məlumatla MDU-nun Bakı filialının saytında tanış olmaq mümkündür. Əlaqə nömrəsi: +99412 598 93 32.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:18]
Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir
- 26.04.2024 [18:38]