DÜNYA


Litvada koronavirusa yoluxanların sayı artıb

Vilnüs, 30 mart, AZƏRTAC

Litvada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı 43 nəfər artaraq 437-ə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 8424 nəfər müayinə olunub.

Nazirliyin məlumatına əsasən, virusa yeni yoluxma hallarının artacağı istisna olunmur.

Qeyd edək ki, ölkədə bu günə qədər koronavirusdan 7 ölüm hadisəsi qeydə alınıb.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Vilnüs 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.