CƏMİYYƏT


İran koronavirusla mübarizədə Heydər Əliyev Mərkəzinin dəstəyini yüksək qiymətləndirir

Tehran, 9 aprel, AZƏRTAC

İran koronavirusla mübarizədə Heydər Əliyev Mərkəzinin göstərdiyi dəstəyi yüksək qiymətləndirir.

AZƏRTAC xəbər verir ki, bu sözləri İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə səfirliyin “Twitter” hesabında yazıb. Səfir İran xalqına dəstəyə görə Azərbaycan dövlətinə və xalqına təşəkkürünü bildirib.

Qeyd edək ki, Heydər Əliyev Mərkəzi koronavirusla mübarizədə İrana dəstək məqsədilə videoproyekt hazırlayaraq mərkəzin binasında İran bayrağını əks etdirib.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.