DÜNYA


Cənubi Koreyada koronavirusun 20 dəqiqəlik analizi üçün reagent hazırlanıb

Bakı, 10 aprel, AZƏRTAC

Cənubi Koreyanın Tequ Elm və Texnologiyalar İnstitutu koronavirus testinin 20 dəqiqə ərzində aparılacağı reagent hazırlanıb.

AZƏRTAC institutun saytına istinadla xəbər verir ki, hazırlanan texnologiya artıq test dəstləri istehsalçısına təhvil verilib və onun istehsalına başlanılıb.

Koronavirusun köhnə analiz metodu avadanlığın 40 dəfə 90 dərəcəyə qədər qızdırılması və 60 dərəcəyə qədər soyudulması yolu ilə aparılırdı ki, buna da ümumilikdə 4-6 saat vaxt lazım gəlirdi. Həmçinin köhnə reagentin istehsalı üçün 50 milyon von (41,3 min dollar) dəyərində avadanlıqdan istifadə olunurdu.

Yeni test dəsti cəmi 60 dərəcəlik istiliyi saxlayaraq həmin effektə nail olmağa qadirdir ki, bu da 20-30 dəqiqə ərzində nəticə əldə etməyə imkan verir. Mürəkkəb temperatur rejimi olmadan testin aparıla biləcəyi yeni reagentin əldə edilməsi üçün avadanlığın qiyməti 1 milyon vona (826 dollara) qədər ucuzlaşıb.

Artıq 120-dən çox dövlət Cənubi Koreyadan yeni analiz dəstini sifariş edib. Cənubi Koreya ilkin etapda analiz vaxtını iki gündən altı saata qədər azaldıb və indiyə qədər gündə 10-20 min analiz apararaq testlərin sayını 477 minə çatdırıb.

Qeyd edək ki, Bakı vaxtı ilə saat 15:00-a olan məlumata görə, Cənubi Koreyada 10 min 450 nəfər yeni koronavirusa yoluxub, 208 nəfər ölüb, sağalanların sayı isə 7 min 117 nəfərə çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.