DÜNYA


Ermənistanda koronavirusdan ölənlərin sayı artıb

Tbilisi, 23 may, AZƏRTAC

Ermənistanda son 24 saat ərzində koronavirusa yoluxanların sayı kəskin artıb.

Son sutka ərzində Ermənistanda 374 nəfər COVID-19 virusuna yoluxub. Daha 3 nəfər bu virusdan ölüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi məlumat yayıb.

Bildirilir ki, Ermənistanda virusa yoluxanların sayı 6302 nəfərə yüksəlib. Ölkədə pandemiyadan ölənlərin sayı daha 3 nəfər artaraq 77-yə çatıb.

Hazırda Ermənistanda 3257 aktiv koronavirus xəstəsi var.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.