İQTİSADİYYAT


Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi ilə bağlı proqramın icrası davam etdirilir

Bakı, 23 may, AZƏRTAC

Koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əməkhaqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi ilə bağlı proqramın icrası davam etdirilir.

İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, maliyyə dəstəyindən yararlanmaq üçün müəyyən olunmuş meyarlara cavab verən vergiödəyicilərinin İnternet Vergi İdarəsində mövcud olan şəxsi elektron kabinetlərinə bildirişlərin və mobil telefonlarına SMS-lərin göndərilməsinə baxmayaraq, bir sıra sahibkarlıq subyektləri tərəfindən hələ də müraciət daxil olmayıb.

Proqramın yaxın vaxtlarda başa çatacağını nəzərə alaraq, nazirliyə müraciət etməmiş vergiödəyicilərinin onların şəxsi elektron kabinetlərində yaradılmış “Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı” bölməsindən elektron formada İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətinə müraciət etmələri xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.