MƏDƏNİYYƏT


“Açar” filminin tizeri təqdim olunub

Bakı, 3 iyun, AZƏRTAC

Qarabağ mövzusunda lentə alınan “Açar” filminin çəkilişləri artıq yekunlaşıb və tizeri (qısa videoxülasə) kinosevərlərə təqdim edilib.

AZƏRTAC xəbər verir ki, film işğal olunmuş evinin sonuncu yadigarı və nişanəsi olan açarların itməsi ilə evinə qayıtmaqla bağlı son ümidini də itirən Ümid kişinin timsalında, dünyanın harasında yaşamasından asılı olmayaraq, doğma torpağı, evi zorla əlindən alınmış, həyatda yeganə istəyi öz evinə qayıtmaq olan insanın hekayəsidir...

“Epik Prodakşn” və “OB Film”in birgə istehsalı olan “Açar” qısametrajlı bədii filmi dram janrındadır. “Hadisə işğal altında qalmış evin açarının itməsi üzərində qurulub. Ailə bunu böyük faciə kimi qəbul edir, çünki bu açar onların ümididir. Evin açarı təkcə keçmişdən xatirə yox, həm də “Qapını bağlayıb gəlmişəm” kimi toxtaqlıqdır”, – deyə filmin quruluşçu rejissoru Elşad Elsevər bildirib.

Filmin bədii rəhbəri Yusif Şeyxov, ssenari müəllifi Elşad Elsevər, quruluşçu operatoru Cavid Delee, quruluşçu rəssamı Arif Niftiyevdir. Ekran əsərində Xalq artisti Qurban İsmayılov, Əməkdar artistlər Rasim Cəfər, Zemfira Əbdülsəmədova, eləcə də Hüseyn İsgəndərov, Arif Kərimov, Rövşən Ağayev, Nəriman Qarayev, Ramiz Abbasov, Behbud Hacıyev, Eldar Cəbrayıl, Reyhan Cəfər, Selin Cəbrayıl, Emin İsgəndərov və başqaları çəkilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.