İDMAN


İngiltərə Premyer Liqası: “Tottenhem” səfərdə məğlub olub

Bakı, 2 iyul, Nicat Məmmədov, AZƏRTAC

İyulun 2-də futbol üzrə İngiltərə Premyer Liqasında 32-ci turun növbəti oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, “Şeffil Yunayted” öz meydanında “Tottenhem” klubunu qəbul edib.

Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. “Şeffil Yunayted” komandası hesabı 31-ci dəqiqədə Sander Berqenin sayəsində açıb. Fasilədən sonra (69-cu dəqiqə) “Şeffil Yunayted” üstünlüyünü artırıb. Oliver Makburni adını tabloya yazdırıb. Matçın 84-cü dəqiqəsində hesab arasındakı fərq üç topa çatıb. Qolun müəllifi Lys Mousset olub. “Tottenhem” görüşün son dəqiqəsində təsəlli qolu vurub: Hari Keyn fərqlənib.

Üç oyundur qalib gələ bilməyən “Şeffil Yunayted” bu nəticədən sonra 47 xalla 7-ci, “Tottenhem” isə 45 xalla 9-cu yerdə qərarlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.