ELM VƏ TƏHSİL


UNEC-də qida mühəndisliyi ixtisasına qəbul aparılır

Bakı, 12 avqust, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) I ixtisas qrupu üzrə qida mühəndisliyi ixtisasına qəbul həyata keçirilir.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, qida mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələr məhsulun, xammalın keyfiyyətini və onun xüsusiyyətlərini təhlil etməyi, qida əlavələrinin lazımi miqdarda istifadəsini, istehsal prosesini və istehsal mərhələlərini və s. öyrənirlər. Bundan əlavə, mühəndis müxtəlif məhsul qruplarını yaratmaq üçün istifadə olunan avadanlığın və avtomatlaşdırma sistemlərinin dizaynında, işə salınmasında iştirak edir.

Müvafiq ixtisas üzrə təhsilini başa vuran məzunlar qida sənayesinin bütün sahələrində, o cümlədən şərabçılıq və qıcqırtma istehsalı olan (pivə, şirə, kvas, spirt və s.), ət və süd məhsullarının, çörək və makaron, unlu və şəkərli qənnadı məmulatların istehsalı, meyvə və tərəvəz emalı, şəkər və yağ istehsalı, iaşə müəssisələrində, qida sənayelərinin müxtəlif sahələrində mühəndis-texnoloq və s. kimi çalışa bilər.

Həmçinin idxal və ixrac olunan bütün növ qida məhsullarının keyfiyyət qiymətləndirilməsini, yararlılıq və təhlükəsizlik göstəricilərinin müəyyənləşdirilməsi məsələlərinin həyata keçirilməsi üçün gömrük məntəqələrində, Kənd Təsərrüfatı Nazirliyinin ixtisas üzrə uyğun elmi-tədqiqat institutlarında, qida sənayesinin uyğun peşə təhsili, orta ixtisas və ali təhsil müəssisələrində, qida xammallarının və hazır məhsulların saxlanılması həyata keçirilən anbarlarda, restoran şəbəkələrində, Qida Təhlükəsizliyi İnstitutunun bütün filiallarında və Qida Təhlükəsizliyi Agentliyinin şöbələrində fəaliyyət göstərə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.