DÜNYA
Hindistanda ötən gün COVID-19 səbəbindən 1247 ölüm qeydə alınıb
Pekin, 19 sentyabr, AZƏRTAC
Hindistanda ötən sutka ərzində COVID-19 səbəbindən 1247 ölüm qeydə alınıb. Bununla da ölkədə COVID-19 qurbanlarının sayı 85 min 619-a çatıb. Hindistan COVID-19 səbəbindən ötəngünkü ölüm hallarının sayına görə bütün ölkələri qabaqlayıb.
AZƏRTAC Hindistanın Federal Səhiyyə Nazirliyinin açıqlamasına istinadla xəbər verir ki, ötən sutka ölkədə yeni növ koronavirusa 93 min 337 yoluxma faktı aşkarlanıb. Bu göstərici də ötən gün üzrə bir ölkədə qeydə alınan ən böyük rəqəmdir. Son 11 sutkada Hindistanda orta sutkalıq yoluxma sayı 90 mindən çox olub.
Qeyd edək ki, hazırda pandemiyanın episentrinə çevrilən Hindistan COVID-19 virusuna yoluxanların sayına görə ABŞ-dan sonra ikincidir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:24]
Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib
- 26.04.2024 [19:11]
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]