SİYASƏT


David Zalkaliani: Azərbaycan ilə Gürcüstan arasındakı strateji tərəfdaşlıq münasibətləri uğurla inkişaf edir

Tbilisi, 23 sentyabr, AZƏRTAC

Azərbaycanın Gürcüstanda təyin olunan yeni səfiri Faiq Quliyev etimadnaməsinin surətini sentyabrın 23-də bu ölkənin Xarici İşlər naziri David Zalkalianiyə təqdim edib.

AZƏRTAC xəbər verir ki, D.Zalkaliani Azərbaycan ilə Gürcüstan arasındakı strateji tərəfdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini xüsusi vurğulayıb. O, yaxın qonşu və dost ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə daha da genişləndiyini və möhkəmləndiyini bildirib.

Nazir Faiq Quliyevi Gürcüstanda səfir təyin olunması münasibətilə təbrik edib, ona diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Nazir, ölkələrimiz arasında yüksək səviyyəli strateji və dostluq əlaqələrinin bundan sonra daha da dərinləşəcəyinə ümidvar olduğunu bildirib.

Faiq Quliyev Azərbaycan dövlətinin Gürcüstan ilə münasibətlərə böyük önəm verdiyini qeyd edib, fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin bundan sonra da inkişafına və daha da möhkəmlənməsinə çalışacağını bildirib.

Görüşdə, həmçinin Gürcüstan-Azərbaycan əlaqələrinin hazırkı vəziyyəti, gələcək əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.