DÜNYA


Helsinki aeroportunda koronavirus itlərin vasitəsilə yoxlanacaq

Bakı, 24 sentyabr, AZƏRTAC

Helsinki aeroportunda xüsusi itlər dəstəsi fəaliyyətə başlayıb, onlar qoxularına görə koronaviruslu sərnişinləri axtaracaq.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə aeroportu idarə edən kompaniya məlumat yayıb.

Sərnişinlərdən əllərini salfetlə silərək onları xüsusi qablara atmaq xahiş olunur. Sonra həmin salfetlər itlərə iylədilir. Bütün proses təxminən bir dəqiqə vaxt aparır. Test nəticələri müsbət çıxan sərnişinlər növbəti təlimatları almaq üçün informasiya-tibb məntəqəsinə yönəldilir.

İtlərin iştirakı ilə keçirilən eksperimentin dörd ay davam edəcəyi bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.