Mariya Stadnik və Şərif Şərifov dünyanın ən yaxşı güləşçiləri seçilmişlər
AzerTAg.az
Bakı, 9 fevral (AZƏRTAC). Beynəlxalq Güləş Federasiyası (FİLA) 2011-ci ilin ən yaxşı güləşçilərinin adlarını açıqlamışdır.
AZƏRTAC xəbər verir ki, sərbəst güləş üzrə yığmamızın üzvü Şərif Şərifov (84 kq) və qadın güləşi üzrə millimizin idmançısı Mariya Stadnik (48 kq) ilin ən yaxşısı seçilmişlər.
Türkiyədə təşkil olunan dünya çempionatında qələbə qazanan Ş.Şərifov 21 xal toplamışdır. Bu da birincilik üçün yetərli olmuşdur. Güləşçimiz ötən il həm də Avropa çempionatının bürünc medalını qazanmışdı.
Avropa çempionatında qızıl, dünya çempionatında isə gümüş medal qazanan M.Stadnik isə 22 xal toplamışdır.
Yunan-Roma güləşi üzrə isə türkiyəli Rıza Kayaalp (120 kq) fərqlənmişdir.
Xəbərin mətnində orfoqrafik səhv var