MƏDƏNİYYƏT


Kitabxananın hazırladığı növbəti videoçarx Həzi Aslanovun anadan olmasının 110 illiyinə həsr edilib

Bakı, 26 oktyabr, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Yubileylər silsiləsi” layihəsi çərçivəsində videoçarxlar hazırlanır.

İdarədən AZƏRTAC-a bildirilib ki, kitabxananın tərəfindən hazırlanmış növbəti videoçarx iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş yeganə azərbaycanlı general-mayor Həzi Aslanov haqqındadır.

Təqdim edilən “Həzi Aslanov – 110” adlı videoçarx qəhrəmanın anadan olmasının 110 illik yubileyinə həsr edilib.

Videoçarxda Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 29 dekabr tarixli “Həzi Aslanovun 110 illiyinin qeyd edilməsi haqqında” Sərəncamı təqdim olunur, Həzi Aslanov haqqında ümumi məlumat verilir, bununla yanaşı ordenləri, medalları, təltifləri və həyatı ilə bağlı fotolar nümayiş edilir.

Videoçarxda Xalq şairi Səməd Vurğunun ölməz qəhrəman Həzi Aslanova həsr etdiyi “Qəhrəmanın ölümü” adlı şeiri kitabxananın əməkdaşı tərəfindən səsləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.