Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək
Bakı, 26 aprel, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən mədəniyyət naziri Adil Kərimli mayın 6-sı saat 10:00-da Quba şəhər Heydər Əliyev Mərkəzində (Ünvan: Quba şəhəri, Heydər Əliyev prospekti) Xaçmaz, Quba, Qusar, Siyəzən, Şabran rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, vətəndaşlar mayın 2-dək Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin [email protected] elektron poçt ünvanı ilə qeydiyyatdan keçə bilərlər.
Qəbula yazılmaq üçün, həmçinin (023) 325-22-73 telefon nömrəsi vasitəsilə əlaqə saxlamaq mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [10:57]
Türkiyənin Amasya şəhərində Azərbaycanın incəsənəti təqdim olunub
- 15.06.2026 [07:04]