DÜNYA


Kevin Şnayder: Senkaku adalarını qorumaq üçün hazırıq

Tokio, 27 oktyabr, AZƏRTAC

ABŞ silahlı qüvvələrinin Yaponiyadakı birliyinin komandanı general-leytenant Kevin Şnayder Şərqi Çin dənizində yerləşən Senkaku adalarını qorumaq üçün hazır olduqlarını bildirib.

AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, bu barədə o, Yaponiya dəniz qüvvələrinə məxsus gəminin göyərtəsində təşkil edilən mətbuat konfransı zamanı bəyan edib. Mətbuat konfransı oktyabrın 26-da başlamış birgə hərbi təlimlərlə əlaqədar təşkil olunub.

K.Şnayder bildirib ki, ABŞ silahlı qüvvələri və Yaponiya özünümüdafiə qüvvələri hazırda belə məqsədə xidmət edən yeni və daha yaxşı təcrübənin əldə edilməsi üzərində çalışır. Bu təlimlər ABŞ-Yaponiya alyansının funksional qabiliyyətinin artdığını nümayiş etdirmək üçün çox yaxşı vasitədir.

Komandan əlavə edib ki, şəxsi heyətin lazım olan yerə göndərilməsi təcrübəsi hərbi qüvvələrin Senkaku adalarına çatdırılması üçün də istifadə edilə bilər.

Yaponiya Müdafiə Nazirliyinin rəsmiləri general-leytenantın bu sözlərini Senkaku ətrafında Çinin artan fəallığı fonunda ona xəbərdarlıq kimi dəyərləndiriblər.

Xatırladaq ki, Yaponiyanın nəzarəti altında olan bu adalara Çin və Tayvan da iddialıdır. Yaponiya hökuməti isə həmin adaları ölkənin ayrılmaz tərkib hissəsi hesab edir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.