DÜNYA


Dünyanın on ən varlı insanı bir gündə 14,4 milyard dollar itirib

Bakı, 27 oktyabr, AZƏRTAC

Dünyanın on ən varlı adamının sərvəti bazar ertəsi günü 14,4 milyard dollar azalıb.

AZƏRTAC bu barədə “Bloomberg” agentliyinə istinadla xəbər verir.

Agentliyin hesablamalarına əsasən, milyarderlərin ilk onluğuna daxil olan şəxslərdən yalnız ikisi həmin gün birjalarda ticarətin yekunları üzrə varidatını artıra bilib. “Tesla” və “SpaceX” kompaniyalarının banisi İlon Mask bir dəfəyə 2,88 milyard dollar qazanıb. Amazon kompaniyasının sahibi Ceff Bezosun sərvəti 263 milyon dollar artıb. O, reytinqin lideri olaraq qalır, Mask isə dördüncü yerdə qərarlaşır.

Milyarderlərin varidatında bu azalma Amerikanın fond bazarlarında satışlarla izah olunur. Bazar ertəsi günü Dow Jones indeksi 2,3 faiz düşüb ki, bu, sentyabrın 3-dən bəri bir sessiyada ən güclü enişdir. S&P 500 indeksi 1,9 faiz, Nasdaq indeksi 1,6 faiz enib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.