MƏDƏNİYYƏT


Azərbaycanlı bəstəkarın “Xocalıya” əsəri rəqəmsal platformada təqdim olunub

İstanbul, 27 oktyabr, AZƏRTAC

Azərbaycanlı bəstəkar, pianoçu, dirijor, beynəlxalq müsabiqələr laureatı Abuzər Manafzadənin “Xocalıya” əsəri Azərbaycanın Əməkdar artisti, dirijor, bəstəkar və pianoçu Turan Manafzadənin ifasında rəqəmsal platformada təqdim olunub.

Bu barədə AZƏRTAC-a məlumat verən Turan Manafzadə deyib: “Bu əsər artıq beş ildir yazılıb və dünyanın bir çox ölkəsində səsləndirilib. Əsər bütün ailə üzvlərimiz tərəfindən fərqli formalarda ifa olunub. Bizdən başqa, xarici ölkələrdə digər musiqiçilər, pianoçular da əsəri ifa ediblər. Mən də əsərin pianoda ifasını və dirijorluğunu etmişəm. Lakin rəqəmsal platformalarda ilk dəfədir ki, təqdim olunur. Artıq istəyən hər bir kəs əsəri professional formatda dinləyə bilər. Bu, eyni zamanda təsadüfən hər bir insanın qarşısına çıxa biləcək formatdır, burada əsas məqsəd əsərin daha çox dinləyici auditoriyasına çatdırmaqdır. Biz bütün ailə üzvlərimizlə birlikdə Azərbaycanı, Azərbaycan musiqisini dünyada tanıtmağa çalışırıq və bununla da qürur duyuruq”.

Qeyd edək ki, Abuzər və Turan Manafzadələr Azərbaycanın Əməkdar artisti, görkəmli pianoçu İslam Manafovun övladlarıdır.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.