CƏMİYYƏT


Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Sumqayıt sakinindən iki kiloqrama yaxın tiryək götürülüb

Bakı, 31 oktyabr, AZƏRTAC

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatları davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, daxil olmuş məlumat əsasında Sabunçu rayonu ərazisində keçirilən əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Sumqayıt şəhər sakini R.İbrahimov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 104 qramdan çox heroin və 2 kiloqrama yaxın tiryək aşkarlanaraq götürülüb.

Faktla bağlı təhqiqat aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.