DÜNYA


Qırğızıstanda koronavirusa yoluxanların sayı 59 minə çatıb

Bişkek, 31 oktyabr, АZƏRTAC

Son gündə Qırğızıstanda COVID-19-a 484 nəfər yoluxub, pandemiya dövründə yoluxanların ümumi sayı 58 min 878 nəfərə çatıb.

AZƏRTAC Qırğızıstan Koronavirusla bağlı Respublika Qərargahına istinadla xəbər verir ki, son sutkada 461, ümumiyyətlə isə 49 min 983 xəstə sağalıb.

Qeyd olunur ki, son 24 saatda virusdan 3 adam ölüb, dünyasını dəyişənlərin sayı 1145 nəfər təşkil edib.

Xəstəxanalarda 3 min 413, ev şəraitində 3 min 767 xəstənin müalicə olunduğu bildirilir.

Son gün ərzində 1, pandemiya başlayandan isə 3 min 613 tibb işçisi koronavirusa yoluxub, onların 3 min 324-ü sağalıb.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.