DÜNYA


Çinin Xaynan əyalətində bioloji parçalanmayan birdəfəlik qabların istifadəsinə qadağa qoyulub

Bakı, 3 dekabr, AZƏRTAC

Çinin cənubundakı Xaynan ada əyalətində bioloji parçalanmayan birdəfəlik plastik paket və qabların istehsalına, satışına və istifadəsinə qadağa qoyulub.

AZƏRTAC bu barədə “Sinxua” agentliyinə istinadla məlumat yayıb.

Çərşənbə axşamı günü Xaynanda qüvvəyə minmiş qərara əsasən, qadağan olunmuş məhsulların ilk siyahısına plastik mağaza paketləri, qablaşdırma paketləri, zibil üçün paketlər, həmçinin bioloji parçalanmayan polimerlərdən hazırlanmış yemək üçün birdəfəlik qutular, fincanlar, stəkanlar, plastik su çubuqları daxil edilib.

Əyalətin hakimiyyət orqanları yüksək ekoloji mədəniyyətin formalaşdırılması üzrə milli pilot zona olmağa çalışan Xaynan şəhərində plastik çirklənmənin azaldılmasına yönəlmiş mühüm tədbirlərdən biri kimi hələ bu ilin fevralında qadağa tətbiq edilməsini elan etmişdi.

Bu məqsədlə Xaynan əyalətinin administrasiyası, yuxarıda göstərilən qadağadan başqa, tullantıların çeşidlənməsinin populyarlaşdırılması və avtomobillərin yeni enerji mənbələri ilə işlədilməsi də daxil olmaqla ekoloji mühitin yaxşılaşdırılması üzrə bir sıra digər tədbirlər həyata keçirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.