Son 10 ilin rəmzi komandası açıqlanıb
AzerTAg.az
Bakı, 26 yanvar, AZƏRTAC
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) son 10 ilin rəmzi komandasını açıqlayıb.
AZƏRTAC qurumun saytına istinadla xəbər verir ki, heyətdə “Real Madrid”in 4, “Bavariya”nın 3, “Yuventus”, “Liverpul”, “Vissel Kobe” və “Barselona”nın isə hərəyə 1 futbolçusu yer alıb.
Rəmzi komandada qapıçı Manuel Noyer (“Bavariya”), müdafiəçilərdən Marselo, Serxio Ramos (hər ikisi “Real Madrid”), Flipp Lam (“Bavariya”), Vircil Van Dayk (“Liverpul”), yarımmüdafiəçilərdən Luka Modriç, Toni Kroos (hər ikisi “Real Madrid”), Andres İnyesta (“Vissel Kobe”), hücumçulardan isə Lionel Messi (“Barselona”), Kriştiano Ronaldo (“Yuventus”) və Robert Levandovski (“Bavariya”) yer alıblar.

Xəbərin mətnində orfoqrafik səhv var