DÜNYA


Misirdə COVID-19-a qarşı peyvəndləmə prosesinə start verilib

Qahirə, 26 yanvar, AZƏRTAC

Misirin səhiyyə naziri Halə Zəyid COVID-19-a qarşı peyvəndləmə prosesinin başlandığını elan edib. O, ilk növbədə, ölkənin 40 karantin hospitalında tibb personalının peyvənd olunacağını əlavə edib.

Misirli nazir jurnalistlərə müsahibəsində deyib ki, birinci mərhələdə ölkədəki bütün xəstəxanaların tibb personalı peyvənd olunacaq. Bundan sonra yaşlı insanların kampaniyaya cəlb ediləcəyini diqqətə çatdıran nazir əlavə edib ki, hazırda 65 yaşdan yuxarı vətəndaşların qeydiyyatı aparılır. H.Zəyid bildirib ki, Misir Çin, Böyük Britaniya və Rusiya istehsalı olan 100 milyon doza peyvənd tədarük edir.

Nazirin sözlərinə görə, iki dozadan ibarət olacaq peyvəndlərin hər biri üçün vətəndaşlar 100 Misir funtu (6,5 dollar) məbləğində ödəniş edəcəklər. Xeyriyyə cəmiyyətlərinin himayəsi illə təşkil ediləcək peyvəndləmə isə pulsuz olacaq. Bundan başqa, 18 yaşından aşağı olanlar və hamilə qadınlar peyvənd olunmayacaq.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.