REGİONLAR


İsmayıllıda Xocalı soyqırımının ildönümünə həsr olunan flaşmob keçirilib

İsmayıllı, 25 fevral, AZƏRTAC

İsmayıllıda XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar təşkil edilən tədbirlər çərçivəsində şəhərin mərkəzi meydanında flaşmob keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyətinin təşkilatçılığı, Gənclərin İnkişaf və Karyera Mərkəzinin İsmayıllı nümayəndəliyinin gənc könüllülərinin iştirakı ilə keçirilən flaşmobda Xocalı faciəsinin dəhşətləri, insanlığa qarşı törədilən ağır cinayətlər, qarlı-şaxtalı havada dinc insanlara, o cümlədən uşaqlara, qocalara, qadınlara erməni silahlılarının tutduğu divan səhnələri öz əksini tapıb.

Flaşmob koronavirus pandemiyası təhlükəsi ilə əlaqədar tətbiq edilən karantin rejimi qaydalarına uyğun keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.