REGİONLAR


Cari ilin məhsulu üçün 981,4 min hektar sahədə dən üçün payızlıq bitkilər səpilib

Bakı, 25 fevral, AZƏRTAC

Tarlalarda, meyvə bağlarında və üzümlüklərdə becərmə işləri görülür, eyni zamanda, yazlıq bitkilərin əkini üçün hazırlıq tədbirləri görülür. Payızlıq taxıl sahələrində isə aqrotexniki tədbirlərin aparılması işi davam etdirilir.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 2021-ci ilin məhsulu üçün 981,4 min hektar sahədə dən üçün payızlıq bitkilər səpilib. Bunun da 608,5 min hektarını (62 faizi) buğda, 372,6 min hektarını (37,9 faizi) arpa və 0,3 min hektarını (0,1 faizi) çovdar təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.