CƏMİYYƏT


“Məsuliyyətli atalıq” təlimləri üçün qeydiyyat başlayıb

Bakı, 16 may, AZƏRTAC

“Gender Hub Azerbaijan” sosial platforması Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin Qadınlar üzrə Agentliyi (UN Women) və BMT-nin Əhali Fondunun (UNFPA) birgə həyata keçirdiyi “EU4Gender Equality: Birlikdə gender stereotiplərinə və gender-əsaslı zorakılığa qarşı” proqramı çərçivəsində keçiriləcək “Məsuliyyətli atalıq” təlimləri üçün qeydiyyat prosesinə start verib.

AZƏRTAC xəbər verir ki, keçiriləcək təlimlər sessiyasının əsas məqsədi ataların gender bərabərliyində rolunu stimullaşdırmaq, məsuliyyətli atalıq konsepsiyasında gender stereotipləri haqqında məlumatlılığı artırmaq və qadınlara qarşı zorakılığın aradan qaldırılmasına töhfə verməkdir.

Təlimlər gender stereotipləri və sosial normalar, qız və oğlan uşaqlarının fiziki və psixoloji inkişafı, patriarxal norma və inanclar çərçivəsində məsuliyyətli atalıq, ailədəki ata və ananın davranışları, ailə münasibətlərində cinsi ayrı-seçkiliyin mənfi təsiri mövzularına əsaslanaraq atalar və ata olmağa hazırlaşan şəxslərlə birgə müzakirə şəraitində reallaşacaq.

Təlimlər mayın 22-23-də Xaçmaz, iyunun 5-6-da isə İmişlidə təşkil olunacaq.

Təlimlərdə iştirak üçün Xaçmaz rayonu üzrə mayın 16-dək, İmişli rayonu üzrə isə mayın 20-dək https://cutt.ly/RbEhcs5 linki vasitəsilə qeydiyyatdan keçmək lazımdır.

Pandemiya şəraitinə uyğun olaraq təlimlərdə 15-dən çox iştirakçı qatıla bilməz və 21-29 yaşlı şəxslərin qeydiyyatdan keçməsi məqsədəuyğundur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.