ELM VƏ TƏHSİL


Mayın 26-da ilin ilk Ay tutulması hadisəsi baş verəcək

Bakı, 18 may, AZƏRTAC

Mayın 26-da 2021-ci ilin ilk Ay tutulması hadisəsi baş verəcək.

Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından AZƏRTAC-a bildirilib ki, bu, tam Ay tutulmasıdır. Tutulma hadisəsi 13:44:57-də başlayacaq və 16:52:23-də sona çatacaq. Tutulmanın maksimumu 15:18:42-də olacaq. Tutulma hadisəsi Şərqi Asiya, Avstraliya, Amerika, Sakit okeanda müşahidə olunacaq.

İlin ikinci Ay tutulması isə noyabrın 19-da baş verəcək. Bu, qismən Ay tutulmasıdır. Tutulma hadisəsi 11:18:41-də başlayacaq və 14:47:04-də sona çatacaq. Tutulmanın maksimumu 13:02:55-də olacaq. Tutulma hadisəsi Amerika, Şimali Avropa, Şərqi Asiya, Sakit okean və Avstraliyada müşahidə olunacaq.

Tutulmalar zamanı Ay üfüqdən aşağıda olduğuna görə cari ildəki Ay tutulması hadisələri Azərbaycanda müşahidə olunmayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.