DÜNYA


Türkiyə ərazisini qanunsuz yollarla tərk etmək istəyən daha 97 miqrant saxlanılıb

İstanbul, 14 iyun, AZƏRTAC

Türkiyənin Muğla vilayətində ölkə ərazisini qanunsuz yollarla tərk etmək istəyən 97 miqrant saxlanılıb. Bu işdə onlara köməklik göstərməkdə şübhəli bilinən iki nəfər nəzarətə alınıb.

AZƏRTAC xəbər verir ki, miqrantlar şəhərin Fethiye rayonunda ələ keçiriliblər.

Muğla Sahil Mühafizə Xidmətinin əməkdaşları tərəfindən saxlanılan bu şəxslərin 36-ı Əfqanıstan, 32-i Suriya, 19-u Pakistan və digər ölkə vətəndaşlarıdır.

Onlar ölkələrinə geri göndərilmələri üçün aidiyyəti qurumlara təhvil veriliblər.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.