MƏDƏNİYYƏT


Almaniyanın Vaken şəhərində musiqi festivalı keçiriləcək

Bakı, 16 iyun, AZƏRTAC

Almaniyanın Vaken şəhərində ənənəvi olaraq keçirilən “Wacken Open Air” musiqi festivalının təşkilatçıları pandemiya ilə əlaqədar festivalı təxirə saldıqları üçün alternativ “Bullhead City Festival” adlı tədbiri təşkil etməyə qərar veriblər.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, tədbir Vakendə sentyabrın 16-dan 18-dək keçiriləcək.

Bildirilib ki, “Wacken Open Air”də olduğu kimi bu dəfə də tamaşaçılara geniş musiqi proqramı təqdim olunacaq. Festivalda Almaniyanın “Blind Guardian” metal qrupu və Finlandiyadan “Nightwish” sinfinik-metal qrupu çıxış edəcək. Bundan əlavə qonaqlar qarşısında tanınmış müğənni, Doro təxəllüslü Doroti Peş, Almaniyanın “Saltatio Mortis” musiqi qrupu və digər populyar ifaçılar çıxış edəcəklər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.