İDMAN


“Grand Chess Tour”: Teymur Rəcəbov bu gün üç görüş keçirəcək

Bakı, 18 iyun, AZƏRTAC

Bu gün Parisdə Azərbaycan şahmatçısı Teymur Rəcəbovun da qatılacağı nüfuzlu “Grand Chess Tour” yarışının ikinci mərhələsi start götürəcək.

AZƏRTAC xəbər verir ki, turnir iştirakçıları üç gün ərzində rapid üzrə görüşlər keçirəcəklər. İyunun 21-də isə blits turniri baş tutacaq.

Şahmatçımız bu gün ilk qarşılaşmasını Levon Aronyana (Ermənistan) qarşı keçirəcək. Sonrakı görüşlərdə Maksim Vaşe-Laqrav (Fransa), Alireza Firuzca (İran) ilə üz-üzə gələcək. Turnirdə şahmatçımız və adıçəkilən rəqiblərindən başqa, Fabiano Karuana, Uesli So (hər ikisi ABŞ), Maksim Vaşe-Laqrav, Etienne Bakrot (hər ikisi Fransa), Riçard Rapport (Macarıstan), Yan Nepomnyaşi, Vladimir Kramnik, Peter Svidler (hər üçü Rusiya) və Alireza Firuzca (İran) iştirak edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.