DÜNYA


Son beş gün ərzində Türkiyədə 132 yanğın hadisəsi qeydə alınıb

İstanbul, 2 avqust, AZƏRTAC

Son beş gün ərzində Türkiyə ərazisində baş verən 132 yanğın hadisəsindən 125-i artıq nəzarət altına alınıb. Hazırda yeddi bölgədə söndürmə işləri davam edir. Bundan əlavə, kənd yerlərində daha 78 yanğın hadisəsinin qarşısı alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin meşə və kənd təsərrüfatı naziri Bekir Pakdemirli ölkə ərazisində davam edən yanğınlarla bağlı açıqlamasında bildirib.

Nazir hazırda davam edən yanğınların söndürülməsinə 16 təyyarə, doqquz pilotsuz uçuş aparatı, 51 helikopter, 1 ədəd pilotsuz helikopter, 850 yanğınsöndürən avtomobil və s., həmçinin beş mindən çox canlı qüvvənin cəlb olunduğunu deyib.

Türkiyədə müşahidə olunan anomal istilərə diqqət çəkən nazir havanın rütubətinin də normadan çox aşağı olduğunu, quru havanın yanğınlar üçün əlverişli şərait yaratdığını qeyd edib, əhalini diqqətli olmağa çağırıb.

 

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.