ELM VƏ TƏHSİL


Rus dili və ədəbiyyatı fənni üzrə bazar günü məktəbi

Rus dili və ədəbiyyatı fənni üzrə bazar günü məktəbi

Bakı, 12 oktyabr, AZƏRTAC

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialında rus dili və ədəbiyyatı fənni üzrə bazar günü məktəbinin növbəti məşğələsi oktyabrın 16-da (saat 12:00) “Zoom” platforması üzərindən onlayn formatda keçiriləcək.

AZƏRTAC MDU-nun Bakı filialının saytına istinadla xəbər verir ki, məşğələdə İ.S.Turgenevin “Asya” hekayəsi və “Atalar və oğullar” romanı haqqında mühazirə oxunacaq.

Xatırladaq ki, rus dili və ədəbiyyatı fənni üzrə bazar günü məktəbinə qeydiyyat üçün MDU-nun Bakı filialının saytında göstərilən linkə daxil olaraq müvafiq formanı doldurmaq lazımdır. Forma cari tədris ilində bir dəfə doldurulur. Qeydiyyat hər cümə günü saat 18:00-da bağlanır və hər şənbə günü saat 18:00-da açılır.

Qeydiyyatdan keçənlərin göstərdikləri e-mail ünvana hər məşğələdən əvvəl “Zoom” sisteminə giriş üçün məlumatın olduğu məktub göndəriləcək. “Zoom Launcher” əlavəsini kompüterə (və ya mobil telefona) əvvəlcədən yükləmək lazımdır.

Məşğələlər pulsuzdur. Qeydiyyatla əlaqədar bütün suallar [email protected]  ünvanına göndərilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.